AFFA Klublar Komitəsinin iclasının gündəliyi müəyyənləşib

AFFA Klublar Komitəsinin iclasının gündəliyi müəyyənləşib
10:57 16 Noyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin bu gün keçiriləcək iclasının gündəliyi müəyyənləşib. "Report"un məlumatına görə, saat 11:00-da "Boulevard Hotel"də başlanacaq toplantıda Azərbaycan Premyer Liqası klublarının rəsmiləri 4 məsələ müzakirə edəcəklər.
İlk olaraq, Azərbaycan çempionatında komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı AZAL-ın təklifi dinləniləcək. Ardından AFFA-nın Texniki Departamentinin əməkdaşları ilə görüş olacaq. Görüşdə məşqçi kursları ilə bağlı suallara aydınlıq gətiriləcək. Digər məsələ uşaq liqalarında komanda nümayəndələri tərəfindən hakimlərə qarşı zorakılıq halları gündəmə gətiriləcək. Klub nümayəndələri digər məsələləri də müzakirə edəcəklər. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-klublar-komitesinin-iclasinin-gundeliyi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR