Cəlilabadda sürüşmə aktivləşib, yaşayış evləri üçün təhlükə yaranıb

Cəlilabadda sürüşmə aktivləşib, yaşayış evləri üçün təhlükə yaranıb
11:47 16 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 16 noyabr. REPORT.AZ/ Cəlilabad rayonununda sürüşmə aktivləşib. "Report"un Aran bürosunun məlumatına görə rayonun Pərdi kəndində otlaq və əkin sahsində yerin torpaq qatı aralanıb. Mütəxəssislərin fikrinə görə, ərazidə yağıntılar davam etdikcə sürüşmə kəndə doğru daha da artır. 
Bu da  ərazidə yerləşən evlər üçün təhlükə yaradır. Sürüşmənin baş verdiyi bəzi ərazilərdə isə texnikaların əkin sahələrinə girməsi mükün olmayıb.
Bunda başqa Cəlilabad -Yardımlı avtomobil yolu üzərində də təhlükə qalmaqdadır. Yol kənarındakı torpaq layları sürüşərək yola doğru hərkət edir. Artıq yolun Pərdi kəndindən keçən hissəsində müxtəlif ərazilərdə iri çatlar əmələ gəlib.
Qeyd edək ki, torpaq sürüşməsinin baş verdiyi bu ərazi Cəlilabad rayonunda sürüşmənin ən aktiv olduğu zonalardan biri hesab olunur. 




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR