Gənclər arasında genişmiqyaslı intellektual oyunlar keçiriləcək

Gənclər arasında genişmiqyaslı intellektual oyunlar keçiriləcək
12:12 16 Noyabr 2016
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual BİRincisi" layihəsinə start verilir.

Təşkilatdan Milli.Az-a bildiriblər ki, prezident İlham Əliyev Gənclər Gününə həsr olunmuş görüşdə intellektual oyunların və intellektual televiziya proqramların gənclərin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bundan çıxış edərək "İrəli" İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il noyabr-dekabr aylarında  "Azərbaycanın İntellektual BİRincisi" layihəsini həyata keçirəcək.

Qeyd edilir ki, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazalarının genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir. 

Gənclərə, onların maarifləndirilməsinə istiqamətlənən və 9 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Kod Da Vinçi", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 75 rayondan 1336 nəfərin iştirakı gözlənilir. Hər rayon 17 nəfərlik komanda ilə çıxış edəcək.

Qeyd edək  ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə 64 bölgə və 11 Bakı rayonu iştirak edəcək. Yarışlar hər birinin öz inzibati-iqtisadi bölgüsünə müvafiq olaraq Tərtər, Quba, İsmayıllı, Şəki, Biləsuvar, Lənkəran, Mingəçevir, Şəmkir, Naxçıvan və Bakı şəhərlərində baş tutacaq. İkinci mərhələdə isə Bakı şəhərində iqtisadi rayonların qalib komandaları arasında final yarışı keçiriləcək.

Zərif Nisə

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR