Daha bir məmur rüşvət alarkən tutuldu

Daha bir məmur rüşvət alarkən tutuldu
15:17 16 Noyabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Slavyansk şəhərinin mer müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. 

"Merin müavini UTX tərəfindən 150 min qriven (5,7 min dollar) rüşvət alarkən saxlanılıb. Merin müavini köhnə uşaq bağçasının binasının özəlləşdirilməsi ilə bağlı tenderdə sahibkara üstünlük verməsi üçün rüşvət istədiyi bildirilir", - deyə UTX yaydığı məlumatda bildirilir. 

Ukrayna polisi faktla bağlı araşdırma aparılır. Məmurun kimliyi açıqlanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR