Ermənistanda həbs olunan etirazçılara qarşı yeni ittihamlar irəli sürülüb

Ermənistanda həbs olunan etirazçılara qarşı yeni ittihamlar irəli sürülüb
05:13 17 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda polis məntəqəsini ələ keçirdiklərinə görə həbs olunan "Sasna tserer" silahlı qruplaşmasının 12 üzvünə qarşı bu günlərdə yeni ittihamlar irəli sürülüb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, onlardan bəzilərinə qarşı Cinayət Məcəlləsinin, həmçinin 185 (Əmlakın qəsdən məhv edilməsi və ya ona ziyan vurulması) və 238-ci maddələr üzrə (Silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğuların oğurluq və ya zor gücü ilə ələ keçirilməsi) ittiham irəli sürülüb.

İyul hadisələri zamanı 3 polis əməkdaşının qətlə yetirilməsi üzrə ittiham, hələ ki, Smbat Barseqyana qarşı irəli sürülüb. O, xüsusilə polis patrul xidməti ərazisindən kənarda olan polis Yuri Tepanosyanın qətlində müqəssir bilinir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən rəsmi məlumat verilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR