46 ildir bığını kəsmir - FOTO

46 ildir bığını kəsmir - FOTO
08:22 17 Noyabr 2016
543 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyəli Necati Çelik dünyanın ən uzun bığlı insanlarından biri hesab olunur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, kişinin 46 ildir kəsmədiyi bığının uzunluğu hazırda 2,45 metrdir. Necatinin bığ uzatmasının səbəbi var.

Belə ki, 1970-ci illərdə Almaniyada yaşayanda o, saç uzatmaq modasına qarşı çıxaraq bığını uzatmaq qərarına gəlir. Elə o vaxtdan da bığını kəsmir.

Qeyri-adi bığa görə illərdir "Pala" ləqəbi ilə çağırılan Necati qəribə görünüşünə belə haqq qazandırır: "Allah qoça buynuz, kişiyə də bığ verib".

Bığını boynuna şərf kimi dolayan kişi onunla fəxr etdiyini də bildirib.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR