Sabirabad rayonunun Türkədi kəndinə təbii qaz verilib

Sabirabad rayonunun Türkədi kəndinə təbii qaz verilib
13:52 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Sabirabad rayonunun Türkədi kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 560 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 45282 metr olan polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb Türkədi kəndinin sakinləri təbii qazın verilməsinə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib.
Sabirabad rayonunun daha 4 kəndində (Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndləri) tikinti quraşdırma işləri davam etdirilir və yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sabirabad-rayonunun-turkedi-kendine-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR