Şəriətə görə saqqal saxlamaq vacibdirmi?

Şəriətə görə saqqal saxlamaq vacibdirmi?
22:57 17 Noyabr 2016
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Saqqal saxlamaq haqda nə deyə bilərsiniz? Ümumiyyətlə, İslamda bunun vacibiyyəti nə cür bildirilir?

Saqqal saxlamaq Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) əmri olduğu üçün vacib əməllərdən sayılır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəlman kişilərə saqqal saxlamağı buyuraraq belə demişdir: "Bığlarınızı qısaldın və saqqalınızı uzadın". (Müslim, "Səhih" 260, Əhməd, "Mushəd" 2/366). Bəzi alimlərə görə saqqalın ən az həddi bir ovuc və ya dörd barmaqdır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah Quranda digər peyğəmbərlərin də saqqalı olmasını bildirmişdir:  "(Harun, qardaşı Musaya) belə cavab verdi: "Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başımı yolma). Doğrusu, sənin: "İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!" - deyəcəyindən qorxdum." (Ta Ha, 94)
Uca Allah buyurur: "...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir". (əl Həşr, 7).
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR