Aİ Ukrayna ilə viza rejiminin ləğvinə dair ilkin razılığa gəldi

Aİ Ukrayna ilə viza rejiminin ləğvinə dair ilkin razılığa gəldi
09:17 18 Noyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı ölkələri Ukraynaya vizasız rejimin tətbiq edilməsinə dair ilkin razılıq veriblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vizasız rejim hələlik ukraynalıların Şengen zonası ölkələrinə qısamüddətli səfərlərinə (90 sutka) şamil ediləcək.
 
Bununla belə, qeyd olunur ki, Ukrayna ilə vizasız rejim haqqında sazişin icrası bu rejimin dayandırılması mexanizminin təkmilləşdirilməsindən sonra mümkün olacaq.
 
"Mən noyabrın 24-də keçiriləcək Aİ-Ukrayna sammiti ərəfəsində bu cür müsbət qərarın qəbul edilməsindən çox məmnunam", - deyə daimi nümayəndələr komitəsinin sədri Piter Yavorçik bildirib.   

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR