Messi ən varlı idmançıdır - SİYAHI

Messi ən varlı idmançıdır - SİYAHI
12:12 18 Noyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

"Forbes" nəşri yaşı 30-dək olan ən varlı idmançıların siyahısını hazırlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  ilk pillədə "Barselona"sının ulduzu Lionel Messi qərarlaşıb. Argentinalı hücumçunun illik gəliri 76,3 milyon avrodur. 2-3-cü yerləri hərəyə 52,4 milyon avro ilə 29 yaşlı serbiyalı tennisçi Novak Cokoviçlə ABŞ-ın 28 yaşlı basketbolçusu Kevin Dürant bölüşür.

Şimali irlandiyalı qolfçu Pol Makilroy (27 yaş, 39,8 milyon), ABŞ-ın "Sietl Sixoks" klubunun futbolçusu Rassell Uilson (27 yaş, 39,3 milyon), "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel (29 yaş, 38,4 milyon), ispaniyalı tennisçi Rafael Nadal və "Barselona"nın braziliyalı hücumçusu Neymar (30 və 24 yaş, hərəyə 35,1 milyon), "Real Madrid"in uelsli yarımmüdafiəçisi Qaret Beyl (27 yaş, 33,7 milyon), ABŞ-ın "Baffalo Bills" komandasının futbolçusu Marsell Dareus (26 yaş, 32,8 milyon) və "Nyu-York Niks" klubunun basketbolçusu Derrik Rouz (28 yaş, 31,8 milyon) "ilk onluq"da qərarlaşıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR