Hollivud aktrisası Merilin Monronun ABŞ-ın 35-ci prezidenti Con Kennedinin doğum günü mərasimində geydiyi paltar hərracda satılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, paltar Los-Ancelesdə keçirilən hərracda 4,8 milyon dollara satılıb.
Bu paltarı M.Monro 1962-ci mayın 19-u Kennedinin 45-ci doğum günündə geyinmiş və bütün dünyada məşhurlaşmış "Happy Birthday Mr.President" mahnısını səsləndirmişdi.
Üç gün davam edəcək hərracda M.Monronun digər əşyaları, paltarlar, aksesuarlar və imzalı fotoları hərraca çıxarılıb.
Milli.Az