Cənubi Koreya hökuməti "Google" şirkətinin "Google Maps" xidməti üçün ölkənin kartoqrafik məlumatlarını təqdim etməklə bağlı sorğusuna imtina cavabı verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin fikrinə əsasən, Cənubi Koreyanın milli təhlükəsizlik məsələləri "Google" xəritələrinin təqdim edilməsindən əldə olunacaq mümkün faydalardan olduqca vacibdir.
Cənubi Koreya qanunları kartoqrafik məlumatların, o cümlədən hərbi obyektlərin yerləşməsinin serverləri ölkə ərazisində yerləşməyən xarici şirkətlərə ötürülməsinə qadağa qoyur. "Google" bütün məlumatlarını Cənubi Koreyadan kənarda saxlayır.
Qeyd edilir ki, bu qərar ona gətirib çıxaracaq ki, "Google" Cənubi Koreya ərazisində "Google Mars" marşrutlarını təqdim edə bilməyəcək.
Milli.Az