3 telefonla Azərbaycana girmək istəyən şəxs saxlanıldı - FOTO

3 telefonla Azərbaycana girmək istəyən şəxs saxlanıldı - FOTO
12:12 19 Noyabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstandan Azərbaycana gələn şəxsın üzərində mobil telefonlar və siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində həmin şəxsin gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd "Samsung Galaxy J1 Prime" markalı mobil telefon və üzərində Azərbaycanın aksiz markası olmayan cəmi 980 ədəd "Marlboro" və "Parliament" markalı siqaretlər aşkar edilərək götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR