Türkiyədə barda atışma: ölənlər var - FOTO

Türkiyədə barda atışma: ölənlər var - FOTO
16:08 20 Noyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İzmir şəhərində yerləşən barlardan birində atışma olub. Publika.az lent.az-a istinadən bildirir ki, Karşıyakadakı Camal Gürsel küçəsindəki barda iki qrup arasında naməlum səbəbdən atışma olub. Nəticədə barın sahibi Günay Kılıç və Halil Kaya adlı şəxs həlak olublar. 33 yaşlı polis əməkdaşı Mustafa İnal və bardakı şəxslərdən 37 yaşlı Sinem Alptuğ yaralanıblar.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR