Qubada gənc oğlanı maşın vurub

Qubada gənc oğlanı maşın vurub
23:17 20 Noyabr 2016
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 20 noyabr. REPORT.AZ/ Quba-Xaçmaz yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosu xəbər verir ki, hadisə axşam saatlarında Quba rayonu, Alekseyevka kəndi ərazisində qeydə alınıb.
Piyada, 1986-cı il təvəllüdlü Ələhmədov Azər Məhəmməd oğlunu xəstəxanaya elə hadisəni törədən sürücü özü çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, yaralıya “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, hər iki dizin sıyrıntıları" diaqnozu qoyulub və xəstənin vəziyyəti normaldır.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR