“Qəbələ”nin üzvü dünya çempionu oldu

“Qəbələ”nin üzvü dünya çempionu oldu
01:43 21 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Publika.az xəbər verir ki, təmsilçimiz Fransanın Marsel şəhərində keçirilən döyüş gecəsində rinqə çıxıb.

Nəbiyev muay-tay növü üzrə dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 79,3 kq çəki dərəcəsində planetin ən yaxşısı olmaq üçün rinqə çıxan Alim fransalı Yohan Lidonla qarşılaşıb.

Gərgin keçən 5 raundluq döyüşdə xal hesabı ilə qalib gələn idmançımız WMS versiyası üzrə dünya çempionu adına yiyələnib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR