“Fırat kalkanı”nın 90-cı günü 11 terrorçu zərərsizləşdirilib, 3 həbrçi yaralanıb

“Fırat kalkanı”nın 90-cı günü 11 terrorçu zərərsizləşdirilib, 3 həbrçi yaralanıb
11:32 21 Noyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada antiterrora “Fırat kalkanı” (“Fərat qalxanı“) adı altında keçirdiyi dəstək əməliyyatı nəticəsində 3 hərbçisi yaralanıb.
“Report” NTV-yə istinadən xəbər verir ki, “Fırat kalkanı” əməliyyatının 90-cı günü başa çatıb.
İnformasiyaya əsasən, Türkiyə Silahlı Qüvvələri terrorçu İŞİD-in 17, PYD-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) 4 hədəfini məhv edib.
Xəbərdə bildirilib ki, əməliyyat nəticəsində İŞİD-in 11 terrorçusu zərərsizləşdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/firat-kalkani-nin-90-ci-gunu-11-terrorcu-zerersizlesdirilib-3-hebrci-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR