Türkiyə Super Liqasının yayım hüququ 500 milyon dollara satılıb

Türkiyə Super Liqasının yayım hüququ 500 milyon dollara satılıb
13:12 21 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının 2017-ci ildən yayım hüququna sahib olacaq şirkət müəyyənləşib.
"Report"un Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün keçirilən tenderin qalibi "Digiturk" şirkəti olub.
Şirkət Super Liqa və 1-ci liqanın qarşıdakı 5 mövsümdə (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021 və 2021/2022) yayımı üçün federasiyaya 500 milyon dollar ödəyəcək.
TFF prezidenti Yıldırım Demirören tenderlə 5 şirkətin maraqlandığını, ancaq bunlardan 2-nin iştirak etdiyini bildirib.
Qeyd edək ki, 2010-cu ildə keçirilmiş tenderdə yayım hüququ 213.3 milyon dollardan satışa çıxarılıb və "Digiturk" 321 milyon dollar ödəyərək tenderin qalibi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiye-super-liqasinin-yayim-huququ-500-milyon-dollara-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR