ABŞ-da prezident seçkilərindən öncə Ankaradan Donald
Tramp və komandasına bir mesaj göndərilib.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist
Mehmet Acet köşə yazısında yazıb.
Yazarın sözlərinə görə, Ərdoğanın mesajı Trampa bir iş adamı
vasitəsilə çatdırılıb.
M.Acet bu barədə məlumatları adını açıqlamadığı dövlət rəsmisindən
aldığını qeyd edib.
“Əlaqələr seçkidən öncə qurulub. Ankaranın münasibətlərdə yaranmış
böhranla bağlı fikirləri, həmçinin Türkiyəni narahat edilən
məsələlərlə bağlı mesajı Trampa çatdırılıb. Bu əlaqələr adı indi də
gizli saxlanılan bir iş adamı vasitəsilə yaradılıb. Həmin iş adamı
Türkiyədə tanınan şəxsdir, Ərdoğan və AKP ilə münasibətləri
zaman-zaman enişli-yoxuşlu olan bir qrupun rəhbəridir. Bu təmaslar
zamanı Trampın komandasından biri “Ərdoğanı dəstəkləyirik” deyib”,
- deyə yazar bildirib.
Yazar sonda vurğulayıb ki, Amerika-Türkiyə münasibəti Obama
dövründən daha yaxşı olacaq.
Asif