BMT: Yəməndə hərbi əməliyyatlar bərpa edilib

BMT: Yəməndə hərbi əməliyyatlar bərpa edilib
23:42 21 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə iki gün davam edən atəşkəsdən sonra döyüşlər yenidən başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
 
"Hər iki tərəf hərbi əməliyyatların dayandırılması zamanı atəşkəsin pozulduğunu, hətta hava hücumları barədə məlumat verirdilər. Təəssüf ki, Yəməndə hərbi əməliyyatların bərpa edildiyini deyə bilərik", Düjarrik qeyd edib.
 
Yəməndə növbəti atəşkəsi rejimi Ərəb koalisiyası tərəfindən noyabrın 19-da elan edilmişdi.
 
Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir.
 
Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası ötən ilin martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR