"Rusiyanın Ermənistanda yerləşdirdiyi "İsgəndər" raketləri nüvə silahıdır. Bu fakt onu düşünməyə əsas verir ki, Ermənistan nüvə silahının yaradılması imkanlarını artıra bilər".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər Corctaun Universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastyen Roblinin ABŞ-ın nüfuzlu "The National Interest" jurnalında dərc olunan məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, "İsgəndər" raket kompleksləri nüvə başlığı daşıya bilər: "Və məhz bu fakt nə qədər absurd səslənsə də, 3 milyon əhalisi olan ölkənin nüvə silahını yaratmaq imkanını ortaya çıxarır".
Məqalə müəllifi Ermənistanda Metsamor AES-in fəaliyyət göstərdiyini və burada nüvə sahəsində ixtisaslaşmış insanların çalışdığını da qeyd edir: "Düşünmək olar ki, Ermənistan radioaktiv "çirkli" bombalar yarada və onları "İsgəndər"lər vasitəsilə istifadə edə bilər. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı heç nə vəd etmir".
Milli.Az