"Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir"

"Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir"
17:05 22 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb. 

Regiondakı hərbi-siyasi vəziyyətin və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının səviyyəsindən məmnunluq ifadə olunub. 
Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, hərbi ingilis dili kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib. 
İki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığa dair fikir mübadiləsinin də aparıldığı görüşdə Müdafiə naziri vurğulayıb ki, Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir. Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir. Bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumlar birgə fəaliyyət göstərməlidirlər. 
Britaniyalı diplomat da öz növbəsində regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sonra britaniyalı diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Deyvid Ethelli nazirə təqdim edib.

Hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR