Sürücü qarlı, şaxtalı havada nə etməlidir?

Sürücü qarlı, şaxtalı havada nə etməlidir?
17:42 22 Noyabr 2016
296 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürücü dostlara diqqətli olmağı tövsiyə edirəm. Axşama doğru temperatur bir az da düşsə və yağıntı olsa, yollar buz bağlayacaq. Belə olanda yollarda daha diqqətli olmaq, ara məsafəni artırmaq, zolaqlarda intervalı pozmamaq lazımdır. Yağıntı olsa, görünmə də məhdudlaşacaq. Ona görə də sərt manevrlər şox təhlükəli ola bilər.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə Ərşad Hüseynov sürüclərin Azərbaycanda, eləcə də paytaxtda qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar yollarda yaranan çətin şəraitdə, ilk növbədə, nəyə diqqət etməli olduğuna dair fikirlərini bölüşərkən bildirib.

Ekspert sürücülərə bir sıra məqamlarda xüsusilə diqqətli olmağı tövsiyə edib: "Xüsusən körpülərdə diqqətli olun. Körpü aşırımları lap tez donur. Piyadalara da diqqət edin, çünki qulağını, üzünü bağlayan piyada, sadəcə olaraq, avtomobilinizin səsini eşitməyə və sizi görməyə bilər. Unutmayın ki, qarda və buzda sürüşməyən təkər və avtomobil yoxdur. Sadəcə, özünüzü və bir-birinizi qoruyun".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, noyabrın 24-dək respublika ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək, qar yağacaq. Havanın temperaturunun gecə 0-4° şaxta olacağı, şəhər ətrafı ərazilərdə yolların buz bağlacayı gözlənilir.

Bununla əlaqədar Dövlət Yol Polisi, eləcə də Bakı Nəqliyyat Agentliyi sürücülərə diqqətli olmalarını tövsiyə edib.

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR