Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov komandasını dəyişə bilər
Paylaş
·108 baxış·1 dəq oxu
Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya yığmasının Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov qış transfer pəncərəsində komandasını dəyişə bilər. "Report"un məlumatına görə, hazırda "Lokomotiv"də çıxış edən yarımmüdafiəçinin karyerasını Moskva "Spartak"ında davam etdirmə variantı ortaya çıxıb. . Onun hazırkı klubu ilə 2019-cu ilədək müqaviləsi var. Lakin müqavilədə futbolçunun yaxşı təklif nəticəsində klubu erkən tərk etməsinin mümkünlüyü barədə şərt yer alıb. Qeyd edək ki, Aleksandr Səmədov 2012-ci ildən "Lokomotiv"də çıxış edir.