Borca görə avtomobilini satan Elariz: “…çox qorxuram”

Borca görə avtomobilini satan Elariz: “…çox qorxuram”
18:08 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Sentyabrda borca düşüb avtomobilini satan Elariz Məmmədoğlu hələ də özünə yeni avtomobil almayıb.

Publika.az-a açıqlama verən müğənni yaxın günlərdə özünə yeni maşın alacağını deyib:

“Əslində avtomobilimi borca görə satmamışam. 11 il idi ki, o maşını sürürdüm. Dostlar, qohumlar dedi ki, bəsdir də, nə qədər eyni avtomobildə gəzmək olar? Mən də satdım, amma əla maşın idi, 11 ildə bir dəfə də olsun ustaya getməmişdim. Hələ ki, şəxsi sürücüm var. Hara gedirəm, aparır. Amma nəzərdə tutduğum maşın var, alacam. Qiymət açıqlamayım, məni gözə gətirərsiz. Çünki gözdən-nəzərdən çox qorxuram. Elə ona görə də üstümdə ağ qızıl gəzdirirəm. Evdə də hər gün üzərlik yandırırlar”.

Cəvahir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR