Yollarda reklam qaydaları - DƏYİŞDİ - VİDEO

Yollarda reklam qaydaları - DƏYİŞDİ - VİDEO
21:27 22 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Reklamların yol kənarlarında yerləşdirilməsi standartı dəyişib. Artıq hər kəs istədiyi yerdə, istədiyi şəkildə reklam yerləşdirə bilməyəcək. Yeni qaydalar Nazirlər Kabinetinin qərarına əsasən tətbiq olunacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Nazirlər Kabinetinin təsdiq etdiyi n standartlarda bir çox maraqlı məqamlar yer alıb. Belə ki, sürücülərin diqqətinin yayınmaması üçün reklam yerləşdirənlərə qarşı ciddi məhdudiyyətlər qoyulub. Bunlardan biri də yol kənarında qoyulan reklam lövhələri arasındakı məsafənin artırılmasıdır.

Yeni standartlarda ən diqqətöəkən məqamlardan biri də qaçan sətrli reklam lövhələrinin yol kənarında qoyulmaısnın qadağan edilməsidir.

Reklamçılar İttifaqının rəhbəri Hacıəmi Atakişiyev bildirir ki, qaydaların tətbiqi ilə bütün reklam lövhələri yenilənməlidir.

Mütəxəssisin sözlərinə görə hazırda Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalarla İcra hakimiyyətlərinin reklam üçün verməli olduqları texniki pasportlardakı şərtlər arasında uyğunsuzluq var. Buna görə də yeni qaydaların tətbiqi üçün icra hakimiyyətləri texniki pasportlarda mütləq Nazirlər Kabinetinin yeni qaydalarını əlavə olaraq qeydə almalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR