Braziliyada etirazçılar prezident sarayının bir hissəsini tutub

Braziliyada etirazçılar prezident sarayının bir hissəsini tutub
22:27 22 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Braziliyada yerli xalqların nümayəndələri prezident sarayı Planaltunun bir hissəsini tutub.
"Report"un məlumatına görə, bu barədə "Brasil de Fato" portalı xəbər verib.
Məlumata görə, prezident sarayının bir hissəsi çərşənbə axşamı etiraz aksiyasının gedişatında ölkənin yerli xalqlarının nümayəndələri tərəfindən tutulub. Yüzlərlə hindi, balıqçı və maron etnik qrupunun üzvləri müasir kənd təsərrüfatı və sənayenin onların həyat tərzinə təhlükə yaratmasına etiraz edirlər
"France Presse"nin məlumatına görə, hazırda Planaltu ərazisinə təhlükəsizlik qüvvələri yeridilib. Hələlik sarayın azad edilməsi barədə əməliyyatın başlanması haqqında informasiya yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/braziliyada-yerli-xalqlarin-numayendeleri-prezident-sarayinin-bir-hissesini-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR