Türkmənistan prezidentinin oğlu deputat seçildi

Türkmənistan prezidentinin oğlu deputat seçildi
00:05 23 Noyabr 2016
124 Dünya
Ölkə mətbuatı
A- A+

Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov Türkmənistan Məclisinin deputatı seçilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkmənistan Televiziyası bildirib. Türkmənistan MSK-sı bildirir ki, noyabrın 22-də üç seçki dairəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Ahal vilayəti  24-cü seçki dairəsi üzrə Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov qələbə qazanıb.  
Telesüjetdə digər iki seçki dairəsi üzrə Gövhər Bayramova və Yusifqulu İşayevin seçildiyi bildirilib. MSK-nın iclasında yeni seçilmiş deputatlara vəsiqələr təqdim olunub.  
   
Qurbanqulu Berdıməhəmmədov 2007-ci ildən Türkmənistana rəhbərlik edir.
Sosial səhifələrdə paylaş

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR