Sabirabadda mənzildən oğurluq edən iki nəfər saxlanılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakinləri, 23 yaşlı Məmmədov Elman Hüseyn oğlu və həmyaşıdı Əsədzadə Həsənağa Əli oğlu polis tərəfindən oğurluqda şübhəli bilinərək saxlanılıb. Adı çəkilən şəxslər rayon sakininin evindən 1000 manat dəyərində müxtəlif ev əşyaları oğurlayıb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb.
Milli.Az