Qazaxıstan Parlamentinin deputatları respublikanın paytaxtı Astana şəhərinin prezident Nursultan Nazarbayevin şərəfinə onun adı ilə adlandırılması təklifi ilə çıxış ediblər.
Milli.Az xəbər verir ki, Trend bu barədə TASS agentliyinə istinadən məlumat verir.
Bununla bağlı qəbul olunmuş deklarasiyada deyilir ki, respublikanın quruculuğunda önəmli rolu olan N.Nazarbayevin "El Bası" (millətin lideri) adının ölkənin bütün mühüm obyektlərinin adında ifadə olunması nəzərdə tutulur.
Milli.Az