Qənirə Paşayeva: “Azərbaycan türk dünyasının hər zaman yanındadır”

Qənirə Paşayeva: “Azərbaycan türk dünyasının hər zaman yanındadır”
11:34 23 Noyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

 

Millət vəkili Qənirə Paşayeva Türkiyədə “Türkiyə – Azərbaycan münasibətləri və Dağlıq Qarabağ problemi” mövzusunda konfrans keçirib.

 

Lent.az-ın məlumatına görə,  Q.Paşayeva çıxışında bugünkü və gələcək nəsillərə Azərbaycan–Türkiyə arasındakı birlik və bərabərliyin nə qədər vacib və mühüm olduğunu anlatmağın vacibliyini qeyd edib: “Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimiz daha yaxşı bilməlidir. Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib”.

 

Son günlər Türkiyədə daha da gərginləşən vəziyyətə toxunan millət vəkili bildirib ki,  Azərbaycan  hər zaman qardaş Türkiyənin, bütün türk dünyasının yanındadır: “ Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər bizim də Vətənimizdir”.

 

 Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır və o, gəncləri bu işdə daha fəal olmağa çağırıb.

 

Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib, gənclərə kitablarını imzalayaraq hədiyyə edib.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR