"ARB TV"də yayımlanan "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli müğənni Əmrahın oğlu Tayfun Ərdoğan atasından danışıb.
Axşam.az-ın məlumatına görə, Tayfun atasının onun yolunu kəsdiyini deyib:
"Atama hər zaman hörmətim var. Əvvəllər aramız yaxşı idi. Sonradan problemlər yaşadıq və münasibətimiz pisləşdi. Bunun günahkarı mən deyiləm. O məndən uzaqlaşdı. Evlilik proqramına qatılanda belə mənə xeyir-dua vermədi. Ümid edirəm ki, yaxın zamanda birləşərik. Atam məni İnstagramda əngəllədi. Mal-mülk söhbətinə görə aramızda gərginlik yaşandı".