Ürəyin və böyrəklərin sağlamlığı üçün hər gün 1 bişmiş kartof

Ürəyin və böyrəklərin sağlamlığı üçün hər gün 1 bişmiş kartof
21:27 23 Noyabr 2016
651 Ölkə
Ölkə mətbuatı
A- A+

Kartof bütün dünyada ən çox yeyilən tərəvəzlərdən biridir. Dadlı və doyumlu kartof həmçinin çox faydalı məhsuldur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kartof bir çox vitamin, minerallar, qidalı liflər, nişasta və s. faydalı maddələrlə zəngindir.

Kartof kaliumla xüsusilə zəngindir. Bu mikroelement böyrəklərin və ürəyin sağlamlığında xüsusilə böyük rol oynayır. Kalium orqanizmdən artıq mayeni xaric edir və bununla ürək və böyrəklərə düşən yükləmə azalır, onların fəaliyyəti yaxşılaşır, təzyiq normallaşır. Bütün bunlar, təbii ki, böyrək və ürəyin sağlamlığına çox müsbət təsir edir.

Həkimlər ürəyin və böyrəklərin sağlamlığını qorumaq üçün hər gün 1 qabıqda bişirilmiş kartofu yeməyi tövsiyə edirlər. Kartofu az suda və ya buğda bişirin və yeyin (duz vurmaq lazım deyil).

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR