Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi qeyd edilib

Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi qeyd edilib
01:26 24 Noyabr 2016
101 Şou
Ölkə mətbuatı
A- A+

Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi münasibətilə "Müqəddəs ana obrazının ən yaxşı ifaçısı" adlı tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbir Bakı Şəhər mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon

Mərkəzləşmiş Kitabxana Sisteminin 8 nömrəli filialında təşkil olunub. Tədbirdə filialın müdiri Həmayə Əzizova N.Məlikovanın teatrda oynadığı rollardan danışıb. Bildirib ki, Nəcibə xanım teatrla yanaşı, kinoda da uğurlu rollar yaradıb.

Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilib.

Tədbirdə aktrisanın ifa etdiyi obrazları əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR