"Opel" yük maşınına çırpıldı: biri uşaq olmaqla 3 nəfər öldü

"Opel" yük maşınına çırpıldı: biri uşaq olmaqla 3 nəfər öldü
10:12 24 Noyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində "Opel" markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan "Shacman" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini (kişi, qadın və uşaq) çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat saat 06:43-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR