“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır
12:02 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2364 nömrəli quyuda qazma işlərinə başlanılıb.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 700 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-daslari-yataginda-yeni-quyu-qazilir2345678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR