Bakıda anbardan idman məhsullarını oğurlayan şəxs saxlanılıb

Bakıda anbardan idman məhsullarını oğurlayan şəxs saxlanılıb
12:42 24 Noyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ İyunun16-da Bakının Nizami rayonu ərazisində yerləşən "Azidman" MMC-yə məxsus anbardan oğurluq edən şəxs saxlanılıb. "Report"un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu, İsmayıllı rayon sakini Asif Əbilovdur.
O, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Anbardan ümumilikdə 89 186 manat məbləğində oğurluq edilib.
Şirkətin satış meneceri Məzahir Quliyev "Report"a açıqlamasında qapalı zallarda istifadə olunan örtüklərin, dam örtükləri və ona aid qaynaq naqillərinin oğurlandığını bildirib.
M.Quliyevin sözlərinə görə, artıq dəymiş zərər ödənilib.
Qeyd edək ki, "Azidman" MMC idman məhsullarının satışı ilə məşğuldur. Oğurluq hadisəsi qeydə alınan anbarda şirkətin məhsulları saxlanılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR