Karen Hill: "Azərbaycanda dövlət idarəçiliyinin daha yaxşı fəaliyyəti üçün potensial var"

Karen Hill: "Azərbaycanda dövlət idarəçiliyinin daha yaxşı fəaliyyəti üçün potensial var"
16:47 24 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır.

Milli.Az xəbər verir ki, bunu Avropa İttifaqı (AI) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) idarəetmə və menecment sahəsində təkmilləşməyə birgə dəstək proqramı olan SİGMA-nın rəhbəri xanım Karen Hill Bakıda "Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri" mövzusunda keçirilən konfransda bildirib.

O qeyd edib ki, tədbirin məqsədi Azərbaycanın iqtisadi və sosial inkişafı üçün səmərəli, məsuliyyətli, effektiv və şəffaf dövlət idarəçiliyinin həyata keçirilməsinin mühümlüyünü çatdırmaq, o cümlədən islahatlarla bağlı müvafiq tədbirləri müəyyən etmək və bu prosesə dəstək verməkdir.

K.Hill dövlətin maliyyə vəsaitindən səmərəli şəkildə istifadəni, iqtisadi və sosial sahələrdə nailiyyətlərin əldə olunması və bununla da vətəndaşların rifahının yaxşılaşdırılması və ölkənin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün yaxşı idarəetmənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Hər bir ölkədə olduğu kimi, şübhəsiz ki, Azərbaycanda da dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır. Bu məqsədə nail olmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər qurumların müvafiq şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq, o cümlədən iqtisadi və sosial islahatlar üçün zəruri əlavə dəstək rolunu oynamaqla uğurlu fəaliyyətə zəmin yaradacaq".

Qeyd edək ki, konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM), Avropa İttifaqı (AI), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və SİGMA-nın birgə təşkilatçılığı ilə təşkil edilib.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR