Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006, № 9, maddə 743; 2014, № 9, maddə 1027) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:

Komissiyanın sədri
Elmar Məmmədyarov
–
Azərbaycan Respublikasının xarici işlər naziri
Komissiya sədrinin müavinləri
Akif Əlizadə
–
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mikayıl Cabbarov
–
Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev
–
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov
–
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Komissiyanın üzvləri
Kamal Abdullayev
–
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri
Novruz Məmmədov
–
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
Fatma Abdullazadə
–
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Elmira Süleymanova
–
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Hüseynqulu Bağırov
–
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azad Rəhimov
–
Azərbaycan Respublikasının gənclər və idman naziri
Hicran Hüseynova
–
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Aslan Aslanov
–
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru
Urxan Ələkbərov
–
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Samir Nuriyev
–
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Zərifə Salahova
–
Azərbaycan Kitab Cəmiyyətinin sədri".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 mart 2015-ci il.