İngiltərə kuboku: "Liverpul" növbəti mərhələdə

İngiltərə kuboku: "Liverpul" növbəti mərhələdə
09:47 6 Yanvar 2015
218 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Federasiya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş tutan iki oyunda qapılara 5 qol vurulub.
Səfərdə "Börnli"nin qonağı olan "Tottenhem" rəqibi ilə 1:1 bərabərə qalıb. Reqlamentə görə 1/32 finalın oyunları bir görüşdən ibarət olur. Lakin bu görüşdə qalib müəyyənləşmədiyi üçün cütün taleyinə Londonda keçiriləcək cavab matçında aydınlıq gələcək.
 
"Liverpul" klubu isə səfərdə "Uimbildon"la qarşılaşıb. "Liverpul"un kapitanı Stiven Cerard bu görüşdə dubl etməklə komandasını növbəti mərhələyə yüksəldib - 2:1.
 
Qeyd edək ki, federasiya kubokunda bu gün daha iki oyun keçiriləcək.

5 yanvar
İngiltərə Federasiya kuboku, 1/32 final
"Börnli" - "Tottenhem" - 1:1
Qollar:
Çadli, 56 (0:1), Vokes, 73 (1:1)
"Uimbildon" - "Liverpul" - 1:2
Qollar:
Cerard, 12 (0:1), Akinfenva, 36 (1:1), Cerard, 62 (1:2)

6 yanvar
"Everton" - "Vest Hem"

"Skantorpe" - "Çesterfild"

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR