Tahir Gözəl: "Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı"

Tahir Gözəl: "Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı"
01:17 25 Noyabr 2016
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ "İkinci qoldan sonra komanda sındı. Ondan sonra oyunda dönüş yarada bilmədik. Bu gün ən yaxşı "Qarabağ"ı görmədim".
"Report" xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Slovan"a 0:3 hesabıyla məğlub olan "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl oyundan sonra bildirib.
"Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı. "Slovan" təsadüfi qələbə qazanmadı. Bizdən gözəl oynadılar. Düzdü futbolçularımız əllərindən gələni etdilər, amma bu ən yaxşı "Qarabağ" deyildi.
"Fiorentina"nın məğlub olmağından da xəbərim var. Çox çətin olacaq. Son oyunda İtaliya klubuna mütləq qalib gəlməliyik. "Fiorentina" çox güclü komandadı. Bizi çox çətin mübarizə gözləyir. Amma bu futboldu. Həmişə ümidliyik, "Qarabağ"ımıza inanırıq. Komandanın arxasındayıq. Sona qədər mübarizə aparmalıyıq",- deyə o əlavə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR