Qırğızıstan Azərbaycan vətəndaşlarının ölkədə qalma rejimini sadələşdirir

Qırğızıstan Azərbaycan vətəndaşlarının ölkədə qalma rejimini sadələşdirir
14:47 25 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Qırğızıstan xarici vətəndaşların ölkədə qalması ilə bağlı sadələşdirilmiş rejimin təbiqinə hazırlaşır.
"Report" "24.kg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Ata Meken" fraksiyasının iclasında Dövlət Miqrasiya Xidmətinin sədrinin müavini Almazbek Asanbayev məlumat verib.
Onun sözlərinə görə, qeydiyyat olmadan Qırğızıstanda qalma müddətinin uzadılması barədə qərar layihəsi hazırda nəzərdən keçirilməsi üçün hökumətə verilib. Bu qanun layihəsi qəbul olunana qədər bütün əcnəbi vətəndaşlar 5 gün müddətində qeydiyyata düşməlidirlər.
O, hökumətin vətəndaşlarına sadələşdirilmiş rejimin tətbiq ediləcəyi ölkələrin siyahısını genişləndirdiyini bildirib. Əvvəllər bu siyahıya 67 ölkə daxil idisə, yeni layihədə 90 ölkə nəzərdə tutulub. Bu ölkələr Qırğızıstan üçün təhlükə mənbəyi olmayanlardır. Məsələn, sadələşdirilmiş rejim Azərbaycan, Belarus, Baham adaları, Kuba, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Venesuela və başqa ölkələrin vətəndaşlarına qarşı tətbiq ediləcək.
Xatırladaq ki, Qırğızıstanda qeydiyyatsız qalmaq müddəti 30-90 gün müəyyən edilib.Bu il noyabrın 4-də əcnəbi vətəndaşların 5 gün müddətində qeydiyyatdan keçməsinin icbari olması ilə bağlı qanun qüvvəyə minib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qirgizistan-azerbaycan-vetendaslarinin-olkede-qalma-rejimini-sadelesdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR