Təkbaşına İtaliyaya getdi - 4 yaşlı qız bunu necə bacardı? - FOTO

Təkbaşına İtaliyaya getdi - 4 yaşlı qız bunu necə bacardı? - FOTO
18:22 25 Noyabr 2016
524 Dünya
Ölkə mətbuatı
A- A+

Bir neçə həftə əvvəl təkbaşına Afrikadan İtaliyaya getdiyi güman edilən 4 yaşlı qızın ailəsi tapılıb.

Milli.Az atv.az-a istinadən xəbər verir ki, qızcığazın ölkəyə necə və hardan gəldiyi uzun müddət idi ki, qaranlıq qalırdı. Qorxduğu üçün bir neçə gün danışmayan uşaq psixoloqların səyi nəticəsində sualları cavablandırıb.

Polisin araşdırmasından sonra onun mühacir olduğu, qaçqınları daşıyan gəmiylə İtaliyaya getdiyi üzə çıxıb. Onun ailəsinin tapılmasında başqa bir mühacir uşaq rol oynayıb.

Məlum olub ki, 4 yaşlı qızın anası övladını "xanım sünnəti"ndən qorumaq Avropaya getməyə qərar verib. Övladını rəfiqəsinə əmanət edən ana, əşyalarını götürmək üçün evinə qayıdıb. Xanımın rəfiqəsi uşaqla birlikdə gəmiyə mindikdən sonra, qızı himayə etməkdən imtina edib.

Nəticədə afrikalı İtaliyaya çatdıqdan sonra təkbaşına qalıb. Küçədə yalnız qalan qızı polis himayəyə götürüb. Hazırda asayiş keşikçiləri uşağı anasına qovuşdurmaq üçün işləri davam etdirir.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR