Bakıda xəstə özünü Tibbi Mərkəzdən ataraq öldü

Bakıda xəstə özünü Tibbi Mərkəzdən ataraq öldü
22:04 25 Noyabr 2016
245 Digər
Ölkə mətbuatı
A- A+

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, 64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.

 

Faktı təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

 

Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR