Avtomobil piyadanı vuraraq öldürüb

Avtomobil piyadanı vuraraq öldürüb
23:32 25 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamda avtomobil piyadanı vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol qəzası rayonun Çəmənli kəndi ərazisində baş verib.

Vəliyev Razi Sabir oğlu yolun kənarı ilə gələn kənd sakini, 1955-ci il təvəllüdlü Əsgərov Mehdi Soltan oğlunu vuraraq öldürüb.
 
Hadisə yerində olan şahidlərin APA-ya verdiyi xəbərə görə, sürücü yolun hərəkət istiqamətinin əksində avtomobili idarə edib və qarşıdan gələn piyada M. Əsgərovu vurub. Piyada bir neçə metr nəqliyyat vasitəsinin altında sürünüb və sonda həyatını itirib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/493204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR