İki ölkə arasında gərginlik - Qırıcılar havaya qaldırıldı

İki ölkə arasında gərginlik - Qırıcılar havaya qaldırıldı
10:05 26 Noyabr 2016
182 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcıları Okinava prefekturasına yaxınlaşan Çin təyyarələrinə görə havaya qaldırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Su-30 və strateji bombardmançı H6-nın da daxil olduğu altı Çin təyyarəsinin ələ keçirilməsi üçün qırıcılarımız həyəcan siqnalı ilə havaya qaldırılıb", - deyə məlumatda bildirilib.

Məlumata əsasən, Yaponiya hava məkanının pozulması halı qeydə alınmayıb.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi qırıcıları bu ilin aprelindən sentyabrına kimi 407 dəfə Çin Xalq Respublikası təyyarələrinin ələ keçirməsi üçün havaya qalxıb.

Uçuşlar əsasən Çin və Yaponiya arasında mübahisə predmeti olan Senkaku (Dyaoyuydao) adaları ərazisində həyata keçirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR