"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, uşaqları qorumaq üçün 1884-ci ildə paytaxt Londonda qurulan Uşaqlara İşgəncənin Qarşısının Alınması Dərnəyi (NSPCC) bu mövzuyla əlaqədar yaratdığı "qaynar xətt"inə 100-dən çox telefon zənglərinin gəldiyini açıqlayıb.
Qeyd edək ki, Andi Vudvard, Stev Valters və Devid Uayt televiziya proqamında keçmiş baş məşqçi B.Bennelli tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər. B.Bennelli 1998-ci ildə 6 uşağa qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinərək 9 il həbs cəzası alıb. Ötən il isə o, bir uşağa cinsi təcavüz etməkdə ittiham olunaraq barəsində 2 il hökm cəzası çıxarılıb.