Lionel Messi ötən yay saçını sarı rəngdə boyamasının səbəbini izah edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bunun Amerika Kubokunun finalındakı məğlubiyyətlə bağlı olduğunu etiraf edib.
"Saçımı saraltmağa məni nə məcbur etdi? Əslində təkcə xarici görünüşümü dəyişmədim. Amerika Kubokunun finalında Argentinanın Çiliyə növbəti dəfə penaltilərdə uduzmasından sonrakı dəlisov situasiya saçımı rəngləmək fikrini oyatdı. Buna görə bir az dəyişib yeni mövsümə yeni səhifə açmaqla başlamaq istədim".
Milli.Az