Dərs vəsaitlərinə nəzarət yoxdur - qiyməti artırılır - VİDEO

Dərs vəsaitlərinə nəzarət yoxdur - qiyməti artırılır - VİDEO
21:17 26 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Vətəndaş dərs vəsaitinin fərqli, daha doğrusu baha qiymətə satılmasından şikayətlənir.

Məsələ burasındadır ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan əlavə vəsaitlər, testlər və ya iş dəftərləri hər il fərli qiymətə satılır. Vəsaitin içində çox cüzi fərq edilir və ya üz qabığının rəngi yüngülvari dəyişdirilir və yeni versiya kimi təqdim edilərək qiyməti qaldırılır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, əlavə vəsaitlərin ilbəil cüzi dəyişikliklə baha satılması məsələyə nəzarət mövzusunu gündəmə gətirir.

Əslində biz yox, aidiyyatı qurumlar məsələyə müraciət etməlidir.

Təhsil Nazirliyinin Tədris Resursları şöbəsindən bildirilər ki, dərslik komplektindən kənar vəsaitlərin çapı nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Onlar bu vəsaitlərin qiymətini müəyyən etməkdə sərbəstdirlər. Nə qədər təəccüb doğursa da, şobədən bildirirlər ki, dərslik komplektindən kənar vəsaitlərin alınması vacib deyil. Halbuki, həmin vəsaitlər məhz müəllimlərin tapşırığı ilə alınır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR