Sultan II Səlimin rus çarına məktubu: "Sədaqətli qul-kölə olduğunuzu bildirdiniz..."

Sultan II Səlimin rus çarına məktubu: "Sədaqətli qul-kölə olduğunuzu bildirdiniz..."
16:33 27 Noyabr 2016
162 Digər
Ölkə mətbuatı
A- A+

Kazan xanlığını ələ keçirən ruslar İdil bölgəsini və Krımı hakimiyyətləri altına almaq istəyirdilər. Ancaq bunun üçün yetərincə gücləri yox idi. Həmin vaxtda da taxtda çar IV İvan idi. Rusların bu niyyətini duyan Krım xanı Dövlət Gəray xan Osmanlı ilə danışıqlar apararaq hərbi yardım alır və Rusiyaya qarşı hücuma keçərək 1571-ci ilin yazında rusları məğlub edir və Moskvanı tutur… Vəziyyəti belə görən çar IV İvan barış üçün yollar axtararaq Osmanlı sultanı II Səlimə məktub yazıb, Krım xanından verdiyi ziyana görə şikayət edir və sultandan mərhəmət istəyir. Sultan II Səlim isə cavab məktubu yazaraq, Kazan və Astarxan qalalarının Krım xanlığına təslim edilmsəni istəyir. Həmin məktubu təqdim edirik:

"Moskva kralına nameyi humayun yazıla ki;

Andrey Kuznunski adlı elçinizlə göndərdiyiniz məhəbbət dolu məktubunuz gəldi. Bundan öncə Kabardin bəyi və ona tabe olanların iltiması ilə tikilən qalanın dağıdılması ilə bağlı göndərilən məktubunuza əməl olundu. Adıkeçən qalanın dağıdılmasından sonra qala içində olanlar da Astarxan qalasına köçürüldü. Qalanın hakimi də tənbeh edildi. Səmərqənd və Buxaradan bu tərəfə (Osmanlı məmləkətinə) gedib-gələnlərə zərər verilməməsi üçün tapşırıqlar verildi.

Və dünya kimi qüvvətli iqtidarımıza sədaqətli qul-kölə olduğunuzu və eyni zamanda dostluğunuzu bildirirsiniz. Mən də bunu öyrəndim və sevindim.

Əks halda pis fikirlərin öhdəsindən gəlmək üçün Allahın inayəti və Peyğəmbərimizin möcüzələri və övliyanın yardımı ilə müsəlman əsgərləri düşmənlərin öhdəsindən gələrək bir çox qalaları fəth edib. Yeri gəlmişkən, neçə-neçə sultanlar hünər göstərib ala bilmədikləri Venedikin əlində olan Kipr adasını da biz ölkəmizə qatdıq.

Astarxan və Kazan qalası İslam məmləkətlərinin olduğu halda Astarxanın Osmanlılara, Kazanın da Dövlət Gəray xana təslim edilməsi arzusundayıq.

Bundan öncə olduğu kimi, dostluğa xələl gətirməmək üçün buranın təslim edilməsi münasib görülüb. Əgər sizə qarşı da dostluğumuza zidd bir hərəkət edilərsə, bizə bildirin."

Təqdim etdi: Rəşad Sahil


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/177542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR